“Thomson Reuters” və “Scopus” bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunan məqalələrə görə 100 manat mükafat veriləcək
Mart 13 , 2016 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 4034 )

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Akademiyada müxtəlif elm sahələri üzrə səmərəli tədqiqat işləri aparan və elmi əsərləri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan alimlərin sosial müdafiəsini gücləndirmək, onları daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə qərar qəbul edib. Həmin qərara görə, AMEA-nın elmi bölmələrinə tapşırılıb ki, tabeliklərində olan elmi müəssisələrin əməkdaşları tərəfindən 2015-ci ildə impakt faktorlu jurnallarda (yalnız “Thomson Reuters” və “Scopus” bazasına daxil olan) dərc edilmiş məqalələrin siyahısını hazırlayıb 10 gün müddətində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etsinlər. Həmçinin, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (texnika üzrə elmlər doktoru Əminağa Sadıqov) tapşırılıb ki, ETİ-nin Elmi-analitik şöbəsi təqdim olunmuş məqalələri müvafiq qaydada təhlil edib, AMEA üzrə yekun siyahını hazırlayıb AMEA-nın prezidentinə təqdim etsin. AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, impakt faktorlu jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə 100 (yüz) manat məbləğində birdəfəlik pul mükafatı ğdənilsin. AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsi bu sərəncamın icrası ilə bağlı maliyyə məsələləri həll edəcək.

Sərəncamın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.