“Boloniya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” adlı beynəlxalq simpozium keçiriləcək
Apr 11 , 2016 | 02:12 / Mühüm hadisələr
Oxunma ( 3100 )

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Texnologiya Universitetində 30 aprel-1 may 2016-cı il tarixində “Boloniya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” adlı beynəlxalq simpozium keçiriləcək. Simpoziumun elmi istiqamət-bölmələri aşağıdakılardır:

I bölmə - Qida məhsulları texnologiyası, iaşə və turizm sənayesi
II bölmə - Standartlaşdırma və ekspertiza sənayesi
III bölmə - İstehlak mallarının texnologiyası sənayesi
IV bölmə - Rabitə və informasiya texnologiyaları sənayesi
V bölmə - Maşınqayırma texnologiyası sənayesi
VI bölmə - Metallurgiya sənayesi
VII bölmə - Ekologiya
VIII bölmə - İqtisadiyyat və idarəetmə

Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi format daxilindədir.

Tezislərə tələblər:
Tezislər konstruktiv, konkret və simpoziumun mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi və iş yeri tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 10 aprel 2016-cı ildən gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir: e-mail: symposium@aztun.edu.az Təqdim olunan materiallar geri qaytarılmır.

Tezisin dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5 dollar, Azərbaycan vətəndaşları üçün isə hər səhifəyə görə 5 manatdır, məcmuənin dəyəri xarici vətəndaşlar üçün 20 dollar, azərbaycan vətəndaşları üçün isə 10 manatdır.
Ödəmə aşağıdakı rekvizitlər üzrə aparılır:

Dövlət Xəzinədarlıq Agentliyi
kod – 210005; VÖEN – 1401555071;
müxbir hesab – AZ41NABZ01360100000000003944;
S.W.I.F.T.BIK – STREAZE22;
alan müştəri – Azərbaycan Texnologiya Universiteti;
hesab – AZ86CTRE00000000000002160606; VÖEN – 2300343181

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.