Fotos
ƏCNƏBİ TƏLƏBƏLƏR AMEA-NIN GƏNC TƏDQİQATÇILARI İLƏ BİR ARAYA GƏLİB
Apr 20 , 2016 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 4636 )

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə AMEA-nınMərkəzi Elmi Kitabxanasında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin gənc alim və mütəxəssislərlə görüşü keçirilib. Ölkədə ilk dəfə baş tutan belə bir görüşün məqsədi qonaqları yerli gənclərin elmi-tədqiqat istiqamətləri və işləri ilə tanış etmək və gələcək əməkdaşlığa dair perspektivləri müəyyənləşdirmək olub.   

Bu gün baş tutan tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun fəaliyyəti, əsasən də əcnəbi tələbələrin Azərbaycan həqiqətləri və elminin nailiyyətləri barədə məlumatlandırılması istiqamətində müntəzəm olaraq həyata keçirdiyi layihələr barədə məlumat verib.

Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi birliyinfəaliyyət istiqaməti, xüsusən də beynəlxaql əlaqələr, o cümlədən indiyədək keçirilən  dünya miqyaslı forum, konfrans və s. haqqında geniş məlumat verərək qeyd edib ki, məhz bu əlaqələr sayəsində gənc həmkarlarımız nüfuzlu xarici təhsil və tədqiqat mərkəzlərinin gəncləri ilə elmi əməkdaş edir. O, qeyd edib ki, mövcud ənənələrin Azərbaycanda təhsil alan xarici vətəndaşlarla davam etdirilməsi də çox faydalı olardı. Bunun üçün Şura istənilən müvafiq təşşəbüsün dəstəklənməsində maraqlı tərəfdir.

         Daha sonra AMEA İdarəetmə sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov, AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüfət Əfəndiyev, AMEA Nəbatat bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayevin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə dair geniş təqdimatlar ediblər.Təqdimatlarda, həmçinin hər üç müəssisənin fəaliyyəti, gənclər siyasəti, beynəlxalq əlaqələri və s. haqqında ətraflı informasiyalar verilib.

Təqdimatın sonundaqonaqlar Mərkəzi Elmi Kitabxanailə yaxından tanış olublar.

Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərdə təhsil alan Türkiyə, Rusiya, Türkmənistan, İtaliya, Çin, Pakistan, Koreya, Nigeriya, Suriya, Özbəkistan və digər ölkələri təmsil edən tələbə, magistr və doktorantlar iştirak ediblər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.