Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası BDU-nun tələbə və magistrləri üçün növbəti elmi seminar təşkil edib
Apr 28 , 2016 | 04:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2819 )

AMEA Gənc  Alim və Mütəxəssislər Şurası və  Bakı Dövlət Universiteti  Tələbə Həmkarları  İttifaqı Komitəsinin təşkilatçılığı ilə növbəti elmi seminar Universitetin  “Filologiya” fakültəsinin tələbə və magistrləri üçün təşkil olunub. “Qloballaşma şəraitində Azərbaycan dili” mövzusu altında keçirilən seminarı, giriş sözü ilə AMEA Gənc  Alim və Mütəxəssislər Şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu açaraq qeyd edib ki, artıq ənənə halını almış belə seminarların keçirilməsinə olan maraq davamlı və yüksələn tendensiya üzrə artır. Onu da vurğulayıb ki, bu gün təqdim olunacaq mövzu aktuallıq və populyarlıq nöqteyi nəzərindən seminar iştirakçıları üçün çox güman ki, maraqlı olacaq. 
N.Yigitoğlu, həmçinin Akademiyanın humanitar bölməsinə daxil olan instututlarında gənclər üçün yaradılan imkanlardan, onların əldə etdikləri uğurlardan və artıq ikinci ildir ki, AMEA-ya magistratura pilləsi üzrə 60-dan çox ixtisasında qəbulun aparılacağından danışaraq qeyd etdi ki, Universitet tələbələrinin bu qəbulda iştirak etməsi gələcəkdə onlar üçün elmi fəaliyyət istiqamətində böyük perspektivlər yaradacaq.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov seminarın mövzusu ilə əlaqədar təqdimatla çıxış etdi. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan tədbirdə, məruzəçiyə ünvanlanan suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.