Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatının bütün 1/4 finalçıları məlum oldu
May 04 , 2016 | 05:00 / İdman yarışları
Oxunma ( 3076 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında son iki oyunla qrup mərhələsinə yekun vurulub. Belə ki, 4 may tarixində əvvəliki günlərdən təxirə düşən oyunlar baş tutub, son çempion Arxeologiya və Etnoqrafiya İnstitutu İnformasiya Texnologiyaları İnstitutuna 2 - 5 hesab iləa məğlub olaraq çempionatı bu mərhələdə başa çatdırmalı olub.

Çempionatın debütant komandası olan Fəlsəfə və Hüquq İnstitutu  isə bu dəfə də yarışa gəlmədiyi üçün rəqib komanda - Neft-Kimya Prosesləri İnstitutunun aktivinə 5 xal yazdırıb.

Beləliklə, 6 may tarixində keçriləcək 1/4 final oyunlarında saat 14:00-da Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə,
Neft-Kimya Prosesləri İnstitutu İdarəetmə Sistemləri İnstitutu ilə; saat 15.00-da isə İqtisadiyyat İnstitutu Genetik Ehtiyatlar İnstitutu,
İnformasiya Texnologiyaları İnstitutu Fizika İnstitutu ilə münasibətlərinə aydınlıq gətirməklə, 4 komanda adını 1/2 finala yazdıra biləcəklər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.