Gənc tədqiqatçı Almaniyada müalicəvi Naftalan nefti ilə bağlı araşdırmalarının təqdimatını edib
May 06 , 2016 | 11:43 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2756 )

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Neft geokimyası şöbəsinin böyük elmi işçisi Arzu Əlizadə Almaniyada Naftalan nefti üzrə qısa müddətli tədqiqat aparıb, bu istiqamətdə əməkdaşlıq imkanlarına dair məruzə ilə çıxış edib. O, elmi-praktik ezamiyyət çərçivəsində Münhen Helmholtz Elmi Tədqiqat Mərkəzinin  "Çoxistiqamətli molekulyar analizlər" laboratoriyasında ətraf mühit üzrə tədqiqatlar qrupu ilə birgə araşdırmalar həyata keçirib. Gənc tədqiqatçı müalicəvi Naftalan neftindən götürmüş olduğu nümunələri Almaniya təcrübəsi əsasında analiz edib, maraqlı nəticələr alıb.

A.Əlizadə Rostok Universitetində də olub. O, burada maşınqayırma və gəmiçilik fakültəsinin “Mayelərin termofiziki xüsusiyyətləri” laboratoriyasında əvvəlcə GGİ haqqında, o cümlədən müəssisənin mövcud elmi-texniki şəraiti, “Neft geokimyası üzrə tədqiqatlar” laboratoriyası, mühüm elmi nəticələri və gələcək tədqiqat planları barədə təqdimatla çıxış edib. Sonra Naftalan nefti üzrə tədqiqatlar sahəsində əməkdaşlıq və analitik araşdırmalara dair təcrübə mübadiləsi imkanları müzakirə olunub. Azərbaycan tədqiqatçısı GGİ-nin bu sahədə aparmış olduğu işlərdən və potensial imkanlardan da danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.