Mərkəzi Nəbatat Bağında “Yapon bağ”ı güşəsi yaradıla bilər
May 18 , 2016 | 01:52 / Görüşlər
Oxunma ( 2795 )

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti Saki Kosugi AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının (MNB) qonağı olub.Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə qonağı İnstitutun fəaliyyəti, xüsusilə beynəlxalq əlaqələrin inkişafı istiqamətində əldə olunan nailiyyətlərlə tanış edib. Görüşdə iştirak edən Mərkəzi Nəbatat Bağının direktoru, b.ü.f.d. Vahid Fərzəliyev, eyni zamanda, Bağın inkişaf prespektivləri və canlı kolleksiyalarının zənginləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verib.
S. Kosugi öz növbəsində şirkətinin fəaliyyətindən və həyata keçirdiyi layihələrdən söz açıb. Şirkətin prezidenti Azərbaycanın müxtəlif bölgələrində yapon bağlarının salınması və yapon mədəniyyətinin rəmzi sayılan sakura bitkisinin becərilməsi prespektivləri barədə məlumat verib. Yaxın gələcəkdə MNB-nın ərazisində də “Yapon bağ”ı güşəsinin yaradılması imkanları müzakirə olunub.
Sonda qonaq İnstitutda aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, MNB-nın canlı kolleksiyasını ziyarət edib.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.