MƏKTƏBLİLƏRİN BOTANİKA ALƏMİNƏ SƏYAHƏTİ DAVAM EDİR
May 23 , 2016 | 02:47 / Mühüm hadisələr
Oxunma ( 2562 )

Bakı Avropa liseyinin müəllimləri Kəmalə Ələsgərova və Zülfiyyə Rəsulovanın rəhbərliyi ilə 6-ci sinif şagirdləri məktəblilərdə biologiya fənninə marağın artırılması və təbiətə qayğı hissinin aşılanması məqsədi ilə keçirilən biologiya fənn aylığı çərçivəsində AMEA Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutunda olublar. Mərkəzi Nəbatat Bağının elmi işçisi Nərgiz Əliyeva məktəblilərə müxtəlif bitkilərin (Azərbaycan florasına aid endem və nadir  bitkilər, dərman bitkiləri və s.) təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda geniş məlumat verib, fəsilə uyğun olaraq ağac və kol bitkilərinin çiçəkləmə prossesini əyani izah edib.
Botanika İnstitutunun əməkdaşı Ulkər Hüseynova interaktiv vasitələrlə təchiz olunmuş Botanika Muzeyində məktəbliləri Hirkan meşələrinin relikt ağac növləri ilə tanış edib.
Həmçinin, məktəblilər biologiya fənn aylığı çərçivəsində “Quşlara yuva asaq” adlı aksiya da həyata keçiriblər. Sagirdlərin iştirakı ilə hazirlanan quş yuvası Bağın onlar üçün seçilmiş guşəsində ağacdan asılıb. Bakı Avropa liseyinin müəllimləri bu görüşün məktəblilərdə təbiəti mühafizə davranışları üzrə müvafiq vərdişlərin və biologiya fənni üzrə qazandıqları biliklərinin möhkəmləndirilməsi üçün əhəmiyyətli olacağını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.