Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçiriləcək
İyn 02 , 2016 | 10:29 / Elmi müsabiqələr
Oxunma ( 2809 )

İyunun 3-də saat 14:00-da AMEA Aşqarlar Kimyası İnstitutunda bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə gənc alim və mütəxəssislər arasında keçirilən "Akademik Əli Quliyev adına mükafat" və "Ən yaxşı elmi məruzə" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Ünvan: Bakı şəh., Böyükşor şossesi, məhəllə 2062.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.