"Elm haqqında" qanun layihəsi III oxunuşdan da keçərək, qəbul olundu
İyn 14 , 2016 | 02:43 / Mühüm hadisələr
Oxunma ( 4407 )

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər qanun layihəsinin müzakirəsi zaman deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb.

O qeyd edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.