AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ DOKTORANTI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİB
İyl 14 , 2016 | 02:29 / Mühüm hadisələr
Oxunma ( 2339 )

AMEA Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəsislər şurasının sədri Fərid Seyfullayev Tbilisi (Gürcüstan) şəhərində  keçirilən  “İtmə təhlükəsi olan reliktlər: onların Avrasiya boyunca qorunması imkanları və tədqiqat layihələri” adlı beynəlxalq simpoziumda iştiak edib. İsveçrə, İtaliya, Polşa, İran, Çin, Yaponiyadan olan alimlərin də iştirak etdiyi tədbirdə F.Seyfullayev “Azərbaycanda bitən relikt şabalıdyarpaq palıdların radial artım xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Alimlər relikt ağacların qorunması imkanlarını müzakirə ediblər. Gənc alimin maliyyə xərcləri İsveçrənin Frayburq Universiteti tərəfindən ödənilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.