Peşə bayramınız mübarək, əziz jurnalistlər!
İyl 22 , 2016 | 05:17 / Mühüm hadisələr
Oxunma ( 2785 )

Hörmətli jurnalistlər, əziz mətbuat işçiləri,

141 il bundan öncə bu günki tarixdə - 22 iyul 1875-ci ildə dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış bu qəzetin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövri mətbuatın əsasını qoymuş bu tarix hər birimiz üçün əlamətdardır. Ö dövrdən indiyə qədər enişli-yoxuşlu, ağır sınaqlardan keçmiş Milli Mətbuatımız, hazırda öz müstəqillik dönəmini yaşamaqla, inkişafın yeni mərhələsində fəaliyyətini inamla davam etdirir. Bu mərhələdə digər sahələrdə olduğu kimi ölkəmizdə elmin inkişafına da böyük informasiya dəstəyini verir, necə deyərlər, Azərbaycan elminin dünyaya tanıdılması prosesinə öz töhvəsini verir. Bildirmək istəyirik ki, gənc bir təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının tanıdılmasında Milli Mətbuatımızın rolu danılmazdır. Yeni formalaşma mərhələsində olan elmin populyarlaşdırılması, elmlə təhsilin vəhdətinin yaradılması, istedadlı gənclərin elmə cəlb olunması və sair kimi məsuliyyətli fəaliyyətimizin gerçəkləşməsində jurnalistləri, qələm sahiblərini həmişə yanımızda görürük, gerçəkləşdirdiyimiz bütün ənənəvi və qeyri ənənəvi layihələrin televizya və mətbuatda geniş işıqlandırılması Şura olaraq gücümüzə əlavə güc qatmaqla, Azərbaycan elminin inkişafında bizim üçün əlavə stimul yaratmış olur. Ona görə, AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsində, gördüyümüz işlərin nəticələrinin işıqlandırılmasında bizə göstərdiyiniz diqqəti, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, o cümlədən elmin təbliği, gənc elm adamlarının tanıdılması istiqamətində davamlı inkişafın təmin edilməsi sahəsindəki xidmətlərinizi daim yüksək qiymətləndirir və sSizin hər birinizə minnətdar olduğumuz bildirməyi özümüzə borc bilirik.

Dəyərli qələm əhli,

İnanırıq ki, bütün media nümayəndələri dövri mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq, müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərini ləyaqətlə davam etdirəcəklər və inandırırq ki, bundan sonrakı fəaliyyətinizdə Sizlə əməkdaşlıqdan məmnun qalacağıq. Bir daha "bayramınız mübarək, sözünüz kəsərli, qələminiz iti olsun", deyirik!

AMEA Gənc Alim və Mütəxəssislər Şurası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.