AMEA-da Vahid Elektron Kataloqu yaradılacaq
İyl 27 , 2016 | 02:08 / Mühüm hadisələr
Oxunma ( 2318 )

29 fevral, 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması”adlı konfrans keçirilmiş və iştirakçıların ümumi razılığı ilə Vahid  Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə  AMEA institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaranması zərurəti vurğulanmışdır.

2016-cı ilin mart-aprel ayları ərzində VQS AMEA MEK əməkdaşları tərəfindən hazırlanıb istifadəyə verilmişdir.

16 may, 2016-cı il tarixində VQS-in AMEA institut və müəssisələrində tətbiqi ilə bağlı təlim-məşğələ keçirilmiş, təlimdə Vahid Qeydiyyat Sisteminin (VQS) təqdimatı, VQS tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırlmış, növbəti müddət ərzində AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün bilavasitə MEK-də iş yerlərində sistemin tətbiqi ilə bağlı məşqələlər keçirilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.