"Asan Radio"nun "Cavansan" verilişinin bir buraxılışı gənclik və elm məsələlərinə həsr olunub
İyl 15 , 2016 | 09:44 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3212 )

"Asan Radio"nun "Cavansan" verilişinin növbəti bir buraxılışı yayımlanıb. Bu verilişdə gənclik və elm məsələləri müzakirə edilib. Verlişə qonaq kimi dəvət olunan gənc alimlər - kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, gənc kimyaçı tədqiqatçı Şamo Salayev və gənc filoloq Ramil Bayramov Azərbaycanda elmin vəziyyəti, problemlər onlardan çıxış yolları, gənclərin elmə cəlb olunması, elmin orta və ali məktəblərdə təbliği, dünya elminə inteqrasiya, elmin istehsalata tətbiqi və digər məsələlər ətrafında geniş müzakirə təşkil ediblər, müxtəlif sualları cavablandırıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.