Gənc şərqşünas alimin yeni kitabı işıq üzü görüb
Avg 29 , 2016 | 10:52 / Elmi nəşrlər
Oxunma ( 946 )

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabı çapdan çıxıb.

Əsərin elmi redaktoru AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Musa Qasımlı, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və həmin institutun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri Həsən Əlibəyli.

Monoqrafiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xronoloji ardıcıllıq, tarixi faktların təhlili yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində şərh edilib. Nəşrdə həmçinin İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri kontekstində təhlil olunub.

Kitabda İran İslam Respublikasının (İİR) xarici siyasətinin nəzəri əsasları, İİR-in Cənubi Qafqaz siyasəti, eləcə də İran-Azərbaycan münasibətləri, İranın Ermənistan siyasəti və s. məsələlər geniş təhlil və tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.