Dünya geoloqlarından maraqlı hesablama
Avg 30 , 2016 | 10:31 /
Oxunma ( 3923 )

Dünyanın müxtəlif ölkələrinin geoloqlarının birgə apardıqları hesablamalara görə, gələcəkdə bütün qitələr birləşərək bir materik təşkil edəcək.

Artıq qitələrin birləşməsi müşahidə edilməkdədir. Belə ki, qitələr ildə üç santimetr bir-birinə doğru hərəkət edir. Elm adamları bu dəyişikliklər nəticəsində Hind okeanının kontinentlərin birləşməsindən əmələ gələn böyük materikinin ortasında qalacağını iddia edirlər. Bundan əlavə Avstraliya ilə Antraktidanın birləşəcəyi, bu birləşmənin Asiyadan kiçik bir körfəzlə ayrılacağı, Sibirin isə tropik iqlim zonası olacağı irəli sürülür.

Alimlər bu yeni materikə Pangey Proksima adını verməyi düşünürlər.

Qeyd edək ki, bir vaxtlar Pangey adlı bir materikdən ibarət olan Yer kürəsi dreyf (axın və ya külək vasitəsilə ayrılma) prosesi nəticəsində qitələrə bölünüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.