Fotos
Gəncədə keçiriləcək "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumunun təşkilati hazırlığına start verilib
Sen 08 , 2016 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 3472 )

Məlum olduğu kimi Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası  Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumu keçiriləcəkdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin göstərişi ilə tədbirin Elmi Təşkilat Komitəsinin üzvləri - AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov və Şuranın İdarə Heyətinin üzvləri - dosent Faiq Məmmədov, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov və kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev 07-09 sentyabr 2016-cı il tarixlərdə Gəncə şəhərinə ezam olunublar. Təşkilat Komitəsinin üzvləri Forumun rəsmi açılışı, tədbir çərçivəsində nəzərdə tutlan interaktiv müzakirə və elmi konfransın plenar, seksiya iclasların təşkil olunacağı məkanlar, eləcə də xarici qonaqların qarşılanması, yerləşdirilməsi ilə əlaqədar bu və digər təşkilati məsələləri AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyevlə ətraflı müzakirə edib razəlaşdırmışlar.

Təşkilat Komitəsinin üzvləri həmçinin Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının qərərgahında YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə, Azərbaycan Elmi-tədqiqat Bitki mühafizə və texniki bitkilər İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyhun Nuriyev, AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov, Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin sədri Elmir Bağırov, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti Gənc Alim və Mütəxəssislər Şuralarının üzvləri, gənc tədqiqatçılar, magistrantlarla görüş keçirmiş, tədbirlə əlaqədar hazırlasnacaq proqramın detalları ilə bağlı fikir mübadiləsi aparmışlar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.