Aşqarlar Kimyası İnstitutunda gənc alimlər müştərək beynəlxalq tədqiqatlar aparırlar
Okt 07 , 2016 | 03:05 / Elmi müsabiqələr
Oxunma ( 3302 )

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Türkiyənin Atatürk Universiteti, İtaliyanın Firenze di Studi Degli Universiteti Əczaçılıq Bölməsinin alimləri ilə birgə tədqiqatlar aparırlar.

Tədqiqatın sintez bölümü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihə (EİF/GAM-3-2014-6(21)-24/08/4-M-17) çərçivəsində Aşqarlar Kimyası İnstitutunda yerinə yetrilir. Belə ki, son bir ildə tsiklik tiokarbamid, pirimidintion, sulfamid və karboksilat əsaslı 50 yeni maddələr sintez olunmuş, 4 mərhələdə Atatürk Universitetinə göndərilmişdir. Orada həmin maddələrin canlı orqanizmlərdə fərqli metodla antioksidant təsirləri, eləcə də Karbon anhidraz I, II izoenzimləri üzrə inhibitor effektləri öyrənilmiş, yüksək antioksidant, antimikrob maddələr olduğu təsdiqlənmişdir. Həmçin həmin maddələrin İtaliyada əsas fiziki-kimyəvi xassələri ən son fiziki-kimyəvi analiz üsulları ilə təkrar yoxlanılmış yeni olduğu təsdiq olunmuşdur.

Tədqiqatlara 2015-ci ilin avqust ayında AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimlərinin Türkiyə Atatürk Universitetinə qısamüddətli təcrübə keçməsi zamanı əldə olunan razılıq əsasında başlanılmış və əldə olunan ilkin nəticələr 3 məqalə şəklində Böyük Britaniyanın yüksək impakt faktorlu Journal Biological and Medical Chemistry və Journal of Enzyme Inhibition and Medicinal Chemistry dərgilərində dərc olunmuş və 2 məqalə hazırda çapdadır.1 monoqrafiya isə Almaniyada çap olunmuşdur.

Gələcək perspektivdə AMEA Aşqarlar Kimyası İnstitutnda həmin müştərək tədqiqatların həyata keçiriləcəyi Beynəlxalq Müştərək Laboratoriyanın yaradılması nəzərdən keçirilir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.