Fotos
Gənc Alim və Mütəxəssislərin Beynəlxalq Forumu yekunlaşdı
Okt 13 , 2016 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2698 )

Bu gün Gəncə şəhərində keçirilən “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin 4 günlük beynəlxalq Forumu öz işinişini yekunlaşdırdı. Bu münasibətlə AMEA Gəncə Bölməsində Forumun bağlanış mərasimi oldu. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, AMEA Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Türkiyə, İran, Rusiya, Belorusiya, Gürcüstandan olan nümayəndələr çıxış edərək, bu möhtəbər tədbir haqqında fikirlərini ifadə etdilər, Forumun əhəmiyyətini vurğuladılar. Sonra konfrans iştirakçılarına və Elmi Forumun Təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olundu, onlar şəhərin tarixi yerləri və abidələri ilə tanış oldular. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.