Balakənli gənc maraqlı ixtira edib
Okt 20 , 2016 | 01:00 /
Oxunma ( 2258 )

Balakən rayon İtitala kənd sakini, 21 yaşlı Elxan Məhərrəmov gənc kənddə qeyri-adi bacarığı ilə tanınır.

 “Xəzər Xəbər”ə istinadən məlumatına görə, onun çoxlu əl işləri olsa da, bu dəfə düzəltdiyi su ilə işləyən ekskavator maketi marağa səbəb olub.

Ekskavator necədirsə, maketi də texnika kimi hərəkətlərə malikdir.

O, indiyə qədər oyuncaq maşınlar, katerlər və s. maketlər düzəldərək dostlarına verib. Ekskavator maketini isə işləyən ekskavatoru gördükdən sonra düzəltmək qərara gəlib.

Onun maketi su ilə işləyir. İşləmə sistemini isə tibbdə iyinə vurmaq üçün istifadə olunan vasitələrdən qurub.

Sadəcə orta təhsilli olan gənc gələcəkdə bu ekskavatoru daha da təkmilləşdirmək istəyir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.