AMEA-nın gənc mütəxəssisləri “III Beynəlxalq Uşaq və Gənclik ədəbiyyatı” Elmi Konfransında iştirak ediblər
Okt 24 , 2016 | 09:14 / Mühüm hadisələr
Oxunma ( 2943 )

21-22 oktyabr 2016-cı il tarixlərində Türkiyə Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin təşkilatçılığı ilə İstanbul şəhərində “III Beynəlxalq Uşaq və Gənclik ədəbiyyatı” elmi konfransı keçirilib. Tədbirdə ölkəmizi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva və  Türkiyə ədəbiyyatı” və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Türkan Əsgərova iştirak ediblər. A.Paşayevə  “Azərbaycan jurnalı səyahətnamələrində", T.Əskərova isə “Azərbaycan və Türk xalqının mənəvi dəyərlərinin inkişafı və formalaşmasında uşaq və gənclik ədəbiyyatının rolu” mövzusunda məruzələr etmiş və sertifikatlara layiq görülmüşdülər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.