Azərbaycanlı gəncin "Mələk beyni" konsepsiyası
Okt 24 , 2016 | 12:59 / Mühüm hadisələr
Oxunma ( 3533 )

Azərbaycanlı gənc ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçəcək.

“Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 20 yaşlı Kənan Əhmədlinin üzərində işlədiyi “Mələk beyni” konsepsiyası NASA-da yüksək qiymətləndirilib.

Növbəti ayın əvvəllərində, o, ABŞ-a yola düşəcək.

Süni intellekt insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar da məhz bu prinsip əsasında yaradılacaq.

Hazırda robotlaşdırma dərsləri verən Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.