AMEA Gənc Alim və Mütəxəssislər Şurası cari ilin hesabat hazırlığına başladı
Noy 04 , 2016 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2980 )

 “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə AMEA-nın bütün institut və təşkilatları, o cümlədən Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) dekabr ayının ilk on günlüyündə bölmələr üzrə hesabat  verməlidir”.  Bu fikirləri 04 noyabr 2016-cı il tarixdə cari hesabat hazırlığı məsələlərinə həsr olunan iclasda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov səsləndirdi. Onun sözlərinə görə, bu dəfə hər bir institutun yerli şurası tərəfindən hesabat hazırlanarkən elmi fəaliyyətə üstünlük verilməlidir: “Bundan ötrü vahid forma hazırlanmışdır. Həmin formada gənclərin elm sahəsində əldə etdiyi mühüm elmi nəticələrə, dərc etdirdiyi kitab, monoqrafiya, məqalə, beynəlxalq və yerli qrant layihələrində, xarici ölkələrdə beynəlxalq konfrans, elmi simpozuimlarda iştirakları ilə bağlı məlumatlar dəqiq və dolğun öz əksini tapmalı, eyni zamanda İnstitut rəhbərliyi tərəfindən təsdiq olunmalıdır”.

GAMŞ rəhbəri hesabatla yanaşı növbəti il üçün Fəaliyyət Planı hazırlığına başlamağın vacib olduğunu qeyd etdi və verilən perspektivli təkliflərin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il üzrə ümumi Fəaliyyət Planına salınacağını diqqətə çatdırdı.

Şura sədri gündəlikdə olan digər məsələlərdən biri kimi bu ilin oktyabr ayında Gəncədə keçirilən Gənc alim və mütəxəssislərin beynəlxalq konfransının nəticələrini müsbət dəyərləndirdi və qeyd etdi ki, Akademiya rəhbərliyinin diqqət və qayğısı ilə ərsəyə gələn belə tədbirlər gənclərin dünya elminə inteqrasiyasında mühüm rol oynayır.

F.Salmanov hesab edir ki, yerli Şura sədrləri digər işlərlə yanaşı İnstitutlarına qəbul olunan magistrantlara diqqət ayırsınlar, onların problemləri ilə maraqlansın, xüsusən, dil bilgisi zəif olan magistrantların İnstitutda təşkil olunan dil kurslarına yazılmasına köməklik göstərsinlər.

Şura sədri “Gənc tədqiqatçı” jurnalının 3-cü sayının artıq çapa getdiyini, 4-cü sayının isə elanının verildiyini vurğuladı və növbəti sayda mühüm elmi nəticələri olan inovativ məqalələrin nəşrinə üstünlük veriləcəyini dedi. O, bu haqda institut gənclərinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırdı.

Gündəlikdə səsləndirilən bu və digər məslələrlə bağlı Şura üzvləri – geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, filologiya üzrə fəlsəfə doktorları – Nail Qurbanov, Cahid İsmayıloğlu, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev və digərləri öz fikir və rəylərini bildirdilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.