Fotos
Alimlər üçün “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda marifləndirmə seminarı keçirildi
Noy 08 , 2016 | 03:46 / Mühüm hadisələr
Oxunma ( 2564 )

Elmin kommersiyalaşdırılmasının AMEA-da təşviqi məqsədilə AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü,Gənc Alim və Mütəxəssislər Şurası  və  Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar keçirilmişdir. 8 noyabr 2016-cı il tarixində AMEA Mərkəzi Kitabxanasında təşkil edilən seminarda Kimya və Yer elmləri bölmələrinin elmi katibləri, elmi işlər üzrə direktor müavinləri, gənc alim və mütəxəssislər, o cümlədən, innovasiya fəaliyyətində aktiv iştirak etmək istəyən əməkdaşlar iştirak etmişdir. 
Seminarın məqsədi innovasiya fəaliyyətində adıçəkilən bölmələrin rolunun önəmini qeyd edərək açılış nitqi edən İnnovasiya şöbəsinin müdiri a.e.f.d Vüqar Babayev bu istiqamətdə həyata keçirilən uğurlu islahatlar barədə məlumat verdi. Daha sonra İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev ümumilikdə innovasiya fəaliyyəti, xüsusilə AMEA-da elmin kommersiyalaşdırılması üzrə reallaşdırılan addımlar və hazırlanan mexanizmlər barədə təqdimatla çıxış etdi. Təqdimatda innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübələrin öyrənilməsinə və AMEA-da mövcud infrastruktura da toxunularaq ideya müəlliflərinin ideyadan istehsalata tətbiq oluna biləcək rəqabətli hazır məhsula qədər icra prosesi geniş izah edildi.
Elmin kommersiyalaşdırılması prosesində patentlərin rolu barədə çıxış edən AMEA Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev əqli mülkiyyət hüquqlarının qorunması və bu istiqamətdə vacib məlumatları nəzərə çatdırdı. Çıxışında S.Nəbiyev patentlərdən və əqli mülkiyyət hüquqlarının qorunmasından daha önəmi amil kimi onların tətbiq edilə bilməsinin əhəmiyyətini iştirakçılara izah etmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqram və Layihələr sektorunun rəhbəri Arif Nəcimov da təqdimatla çıxış edərək innovasiya və elmin kommersiyalaşdırılması istiqamətində beynəlxalq proqramlarda iştirakın önəmindən danışmışdır. Avropa Komissiyasının HORİZON2020 və Erasmus+ KA2 kimi çərçivə proqramlarında mövcud olan imkanları və bu imkanlardan istifadə üçün vacib olan faktorları izah edən A.Nəcimov özünün Fransada keçdiyi və öyrəndiyi təcrübəsini də iştirakçılarla bölüşmüşdür. 
Tədbirin sonunda İnnovasiya şöbəsinin müdiri V.Babayev Kimya və Yer elmləri bölmələrinin alim və mütəxəssislərini AMEA Elm və Texnologiya Parkının gələcək fəaliyyətində daha yaxından iştirak etməyə, öz innovativ ideya və biliklərini təqdim etməyə dəvət etmişdir.
Xatırladaq ki, bu silsilə proqramın ilk seminarıdır. Növbəti seminarlar isə 18 noyabr 2016-cı il tarixində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə, 22 noyabr tarixində isə Biologiya və Tibb Elmləri Bölməsi üzrə keçiriləcəkdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.