Ölkədə mövcud müvafiq fondlarla gənclərin əməkdaşlığı onların tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir. Bu fondlardan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Bilik Fondu və eləcə də SOCAR-ın Elm Fondu  xüsusi fərqlənirlər. Fondlar tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi tədqiqat layihələri və digər elmi tədbirlər, birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına töhvə verir.
    Şura yarandığından bəri, gənclərin xeyli sayda fərdi və müştərək layihələri reallaşmaqla tədqiqat institutlarının maddi-texniki bazası yenilənib, bu yolla alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. 
 
 
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.