Orxan Rəfael oğlu Abbasov

Orxan Rəfael oğlu Abbasov 1980-cı ildə anadan olmuşdur.

1998-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının  “Geoloji-kəşfiyyat” fakültəsinin bakalavr pilləsini, 2002-2004-cü illərdə həmin fakültənin magistratura pilləsini “Neftçi-geoloq”  ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya (indiki Geologiya və Geofizika) İnstitunun “Palçıq vulkanizmi” şöbəsində aspiranturaya qəbul olunmuşdur.

2008-ci ildə “Qobustanın Paleogen-Miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluğu” mövzusunda dissertasiya elmi işini müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Hazırda Geologiya və Geofizika İnstitunun “Palçıq vulkanizmi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

40 elmi əsərin müəllifidir.

 

2013-cü ildən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. Eyni zamanda, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədrinin maşaviridir.

Subaydır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.