Ələkbərova Samirə Oqtay qızı

Ələkbərova Samirə Oqtay qızı 1985-ci il 20 may tarixində anadan olmuşdur.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin bakalavr pilləsində təhsil almışdır.

2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin magistraturasında təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci il AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur.

2011-ci ildə həmin İnstitutda elmi işçi vəzifəsində işə qəbul olunmuşdur.

2012-ci il 14 dekabr tarixində coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının təsərrüfatına sel hadisəsinin təsirinin iqtisadi-coğrafi tədqiqi” mövzusunda dissertasiya işimi müdafiə etmiş və 2013-cü il 4 dekabr tarixində isə fəlsəfə doktoru elmi dərəcəsinə layiq olduğumu təsdiq edən diplomumu almışdır.

2014-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir.  

Hazırda AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsində böyük elmi işçisi vəzifəsində işləyir. Eyni zamanda həmin İnstitutda “Gənc alim və mütəxəssislər” şurasının sədridir.

10 dekabr 2014-cü il tarixində elmi fəaliyyətdə fərqləndiyimə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 

     

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.