Dadaşova Aidə Qüdrət qızı


Dadaşova Aidə Qüdrət qızı 1982-ci ildə anadan olmuşdur.

2003-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə bakalavr pilləsini; 2008-2011-ci illərdə həmin istiqamətin “Strateji idarəetmə” ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

2012-ci ildən AMEA Botanika İnstitutunun doktorantıdır  və “Qax rayonunun florasının öyrənilməsi və səmərəli istifadəsi” mövzusu üzrə elmi-tədqiqatlar aparır.

Hal-hazırda həmin İnstitutda elmi işçi vəzifəsində çalışır. 2014-cü il yanvar ayının 17-dən həmin İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır. Subaydır.

2013-cü ildə AR yanında Elmin İnkişafı Fondunun təsis etdiyi “Gənc alim və mütəxəssisləri 2-ci qrant müsabiqəsi“nin; 2014-cü ildə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqənin qalibidir.  

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.