Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabat iclası keçirilib
Noy 21 , 2022 | 10:16 / Mühüm hadisələr
Oxunma ( 1057 )

17 noyabr 2022-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib. İclasda gənc alimlərin 2022-ci ilin yekunlarına dair elmi və elmi-ictimai hesabatları dinlənilib.

İclasa sədrlik edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyini səsləndirib.

Sonra ilk öncə şura üzvləri, daha sonra isə idarə heyəti üzvləri hesabat nitqi ilə çıxış edib. Hər çıxışçının nitqinin yekununda, səsləndirilən fikirlər, qeyd olunan fəaliyyətlər ətrafinda fikir mübadiləsi aparılıb.

Ümumilikdə gənc alimlərin hesabatları məqbul hesab edilib, bildirilib ki, ŞAR GAMŞ-ın cari il üçün qəbul olunmuş illik plana uyğun fəaliyyətini uğurla tamamlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.