Noy 28 , 2022 | 10:51 / Mühüm hadisələr
Azərbaycan Elm və Təhsil Nazirliyi Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun 2 saylı “Neft məhsullarının və üzvi birləşmələrin spektral üsullarla tədqiqi” laboratoriyasının elmi işçisi və institutun doktorantı Fərqanə Tahir qızı Əlizadə Tatarıstan Respublikası (Rusiya Federasiyası) Gənclər Nazirliyi və İslam Əməkdaşlıq Gənclər Forumu (ICYF), habelə Gənclər Diplomatik Akademiyası, Tatarıstan Respublikasının Yaradıcı Gənclər Akademiyası, Tatarıstan Respublika Gənclər İctimai Fondu “SELET” və Kazan Federal Universiteti ilə birgə təşkil olunan OIC (Organization of Islamic Corporation – İslam Əməkdaşlıq Təşkilatı) Gənclər Elmi Konqresində iştirak etmək üçün keçirilən müsabiqədə qalib olan OIC-yə üzv və müşahidəçi 20 ölkədən 18-35 yaşlı 100 gənc alim və tədqiqatçılardan biri olmuşdur. 20-23 noyabr 2022-ci il tarixlərində Kazanda “Kazan – OIC Gənclər Paytaxtı 2022” tədbirləri çərçivəsində keçirilən konqresin əsas məqsədi Rusiya Federasiyasının və OIC ölkələrinin gənc alim və tədqiqatçıları arasında beynəlxalq dialoq platformasının yaradılması olmuşdur. Konqres açılış mərasimi, məruzə təqdimatı, panel müzakirələri, dəyirmi masa müzakirələri və interaktiv seminarlardan ibarət olmaqla 4 gün davam etmişdir. Konqres iştirakçıları urbanizasiya, təhsildə müasir texnologiyalar, neft mühəndisliyi, tibbdə cari tədqiqatlar kimi sahələr üzrə elmi tədqiqatları müzakirə etmiş, həmçinin öz təcrübələrini bölüşmüşdür. Fərqanə Tahir qızı Əlizadə konqresə elmi rəhbəri dosent Ülvüyyə Ceyhun qızı Yolçuyeva ilə birlikdə qatılaraq “SYNTHESIS OF NAPHTHOL-BASED AMIDE MOLECULE AND INVESTIGATING ITS BIOLOGICAL ACTIVITY” adlı tezis mövzusu çıxış etmiş və mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.