Avg 12 , 2026 | 01:58 / Görüşlər
11 avqust 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Fatimə Fətullayeva, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının məsləhətçisi Vasif Nəbiyev və digər şəxslər çıxış ediblər.
Sonda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, elmi işçi Turanə Cabbarzadə, kiçik elmi işçi Mirkamil Ağayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Sevinc İsmayılova, kiçik elmi işçi, doktorant Fatimə Fətullayeva və AMEA Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin rəhbəri Günel Əzimova Bakı Şəhər Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif ediliblər.






17821069371782120250.jpg)











