Fotos
“Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçirilmişdir
Apr 29 , 2015 | 04:07 / Mühüm hadisələr
Oxunma ( 4466 )

27 aprel tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Dünya Siyasəti İnstitutu Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçirmişdir. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli Ümummili lider Heydər Əliyevi dünya siyasətinin nadir şəxsiyyətlərindən kimi xarakterizə etmiş, Azərbaycan dövlətinin xarici siyasətinin formalaşmasında müstəsna xidmətləri olduğunu vurğulamışdır. Vitse-prezident bu konfransın böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Daha sonra məruzələrə dinlənilmişdir. İnstitutun direktoru, millət vəkili, professor Musa Qasımlı “Heydər Əliyev və Azərbaycan Respublikasının dünya siyasətində yerinin müəyyənləşdirilməsi” mövzusunda etdiyi məruzəsində Ulu Öndərin dövlətimizin xarici siyasətinin müəyyənləşdirilməsində və dünya siyasətində yerinin müəyyənələşdirilməsindəki rolunu təhlil etmişdir. AMEA Dünya Siyasəti İnstitutun əməkdaşları – t.ü.f.d. Ramilə Dadaşova “Heydər Əliyev: Azərbaycanın BMT ilə əməkdaşlığı”, t.ü.f.d. Sübhan Talıblı “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın İran siyasəti”, f.ü.f.d. Rahil Nəcəfov “Azərbaycanın xarici siyasətində ərəb dövlətlərinin yeri və rolu (1993-2003-cü illər)”, Şahin Yəhyayev “Azərbaycan Respublikasının Fars körfəzi ölkələri ilə siyasi-diplomatik əlaqələri (1993-2003-cü illər)”, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşlarından s.ü.f.d. Rəşad Qasımzadə Heydər Əliyev siyasətində Avropa ilə əməkdaşlıq və inteqrasiya: tarixi-siyasi baxış”, doktorant Turan Məmmədov “Qloballaşma şəraitində Azərbaycan xarici siyasətinə təsir edən amillər və Azərbaycanın xarici siyasətinin əsas prioritetləri”, doktorant Ceyhun Abbasov, “Azərbaycanın xarici siyasətinin “yumşaq güc” potensialı”, Gəncə Dövlət Universitetinin doktorantı Sevinc Qurbanova “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” mövzularda məruzələr etmişlər. Elmi konfransda millət vəkilləri, ictimai xadimlər, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəhbərləri, ali məktəb müəllimləri, tələbələr, QHT nümayəndələri və müxtəlif KİV-lərin nümayəndələri iştirak etmişlər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.