Hüseynzadə Əkrəm Rüfət oğlu

Hüseynzadə Əkrəm Rüfət oğlu 30 aprel 1983-cü ildə anadan olmuşdur.

1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin Azərbaycan dili ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.

2003-2005-ci illərdə həmin universitetin “Folklorşünaslıq və mifologiya” ixtisası üzrə magistratura şöbəsini məzunu olmuşdur.

2005-ci ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Folklorşünaslıq” şöbəsində böyük laborant vəsizəfində işə başlamışdır. 2

006-ci ildə AMEA Folklor İnstitutunun aspiranturasına daxil olmuşdur.

2012-ci ildə “Folklor mətnlərində adların semantikası”(Naxçıvan mətnləri əsasında) mövsusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (folklorşünaslıq ixtixası üzrə) alimlik dərəcəsi almışdır.

Hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.

17 yanvar 2014-cü ildən AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 övladı var.

02 fevral “Gənclər günü” münasibətilə “Naxçıvan Muxtar Respublikası gənclərinin təltif edilməsi haqqında, 01 fevral 2014-cü il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı”na əsasən “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.