Abdullayeva Nərminə Dəmir qızı

Abdullayeva Nərminə Dəmir qızı 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsində bakalavr təhsili , 2002-2004-ci illərdə həmin fakültədə "Kitabxanaşünaslıq" ixtisası üzrə magistratura təhsili almışdir.

 2004 - 2012-ci illərdə Bakı Dövlət Universitetinin “Kitabxana işinin kompüterləşdirilməsi“ ETL- da elmi işçi vəzifəsində çalışmişdır.

2012-ci ildə  AMEA Mərkəzi Elmi Kitabxanasında  (MEK) qiyabi doktoranturaya qəbul olunmuşdur. "AMEA Mərkəzi Elmi Kitabxanasının innovativ siyasəti: məqsədi, mərhələləri və inkişaf perspektivləri" mövzusunda dissertasiya işi üzərində işləyir.  AR Prezidenti Yaninda Elmin İnkişafı Fondunun 2013-cü il İKT-2 qrant müsabiqəsinin qalibidir. Layihə çərçivəsində Belarusiya, Turkiyə və Polşa kitabxanalarının innovativ təcrübəsi öyrənilmişdir.

2013-cü ildənMərkəzi Elmi Kitabxanada aparıcı elmi işçi vəzifəsində çalışır, Azərbaycanşünaslıq şöbəsinin müdiridir, MEK Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. Ailəlidir 2 övladı var.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.