Qurbanov Nail Məhəbbət oğlu 1979-cu ildə anadan olmuşdur.
1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2000-2002-ci illərdə həmin fakültənin folklorşünaslıq və mifologiya ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2003-2006-ci illərdə AMEA Folklor İnstitutunun əyani aspirantura şöbəsində təhsil almışdır. “Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər” mövzusu üzərində tədqiqat işi aparmışdır.
2007-2008-ci illərdə hərbi xidmətədə olmuşdur. 2011-ci ildə “Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Hazırda AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
2013-cü il noyabr ayının 27-dən AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır.
Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.