AMEA-da təbiətşünaslığın tarixinə dair oçerklər hazırlanacaq
Yan 05 , 2017 | 09:36 / Elmi nəşrlər
Oxunma ( 2744 )

Təbiət elmlərinin tarixinin araşdırılması, bu elmlərin Azərbaycanda təşəkkülünün və inkişaf mərhələlərinin öyrənilməsi, həmçinin yetişməkdə olan gənc nəsildə elmi dünyagörüşün formalaşdırılması məqsədilə AMEA-nın Elm Tarixi İnstitutu tərəfindən təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər hazırlanacaq. Oçerklər FizikaNeft-Kimya ProsesləriKataliz və Qeyri-üzvi KimyaAşqarlar KimyasıPolimer MateriallarıCoğrafiya institutları, həmçinin Şamaxı Astrofizika Rəsədxanası və digər müvafiq institutlarla birgə hazırlanacaq.

Fizikanın yaxın keçmişinə, astronomiyanın, kimyanın, coğrafiyanın, biologiyanın tarixinə dair oçerklər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktəsi ilə "Elm" nəşriyyatında  çap olunacaq.

Oçerklərin hazırlanması ilə bağlı işlərin gedişatı AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasında müzakirə olunacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.