Azərbaycan alimlərinin yeni kitabı Moskvada nəşr olunub
Mart 03 , 2017 | 07:41 / Elmi nəşrlər
Oxunma ( 2600 )

Akademik A.M.Məhərrəmov, k.ü.e.d. K.T.Mahmudov, M.N.Kopıleviç və A.C.Z.Pombeyronun redaktorluğu ilə ingilis dilində əvvəllər çap olunmuş “Yeni birləşmələrin dizaynında və sintezində qeyir-kovalent qarşılıqlı təsir” kitabı Moskvada TEXNOSFERA nəşriyyatında rus dilində çapdan çıxmışdır.

 

Kitabı rus dilinə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru V.Q.Nenaydenko tərcümə etmişdir. Kitab tələbələr, magistrantlar və doktorantlar üçün tədris vəsaitidir.

Qeyd edək ki, kitabda Azərbaycan alimlərinin çoxlu sayda elmi nəticələrinin nəzəri əsaslandırılması aparılan tədqiqatların yüksək səviyyəsini göstərir. Kitabda k.ü.e.d N.K.Şıxəliyevin də apardığı tədqiqat işlərinin nəticələrinin təhlili verilmişdir. Akademik A.M.Məhərrəmov başda olmaqla kitabın müəlliflərini təbrik edirik.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.