Fotos
Hüquqşünas alimlər korrupsiyanın qarşısının alınması yollarını müzakirə ediblər
Apr 04 , 2017 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2532 )

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzində 30 mart 2017-ci ildə «Açıq hökümətin inkişafı və korrupsiyanın qarşısının alınması» mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin əsas məqsədi, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın artması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq əlaqələrin qurulmasına diqqətin ayrılmasıdır. Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadə, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub,  Gənclər və İdman Nazirliyinin Elm və Təhsil şöbəsinin məsul əməkdaşı Zöhrə Əsgərova, Mərkəzin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov, Azərbaycan Dövlət Universitetinin tələbə-həmkarlar təşkilatının sədri Həmid Əliyev çıxış etmişdilər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.