Azərbaycan alimlərinin xaricdə monoqrafiyası çap olunub
Noy 01 , 2017 | 03:23 / Elmi nəşrlər
Oxunma ( 2603 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun  Gənc Alim və Mütəxəsislər Şurasının sədri, aparıcı elmi işçi, dosent Rəşad Məstəliyevin professor Kamil Mənsimovla birgə həmmüəllifi olduğu monoqrafiya beynəlxalq “Lambert Academic Publishing” nəşriyyatındaişıq üzü görüb.

Bir və iki ölçülü Volterra tip fərq tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunan sözügedən monoqrafiyada optimallıq üçün  zəruri sayılan birinci və ikinci tərtib şərtləri geniş izah olunmuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.