AMEA-da ilk dəfə şahmat yarışı keçirilir
Dek 25 , 2017 | 12:08 / İdman yarışları
Oxunma ( 2551 )

Şahmatçılar Cəmiyyətinin yaradılması və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə AMEA-nın "Yüksək Texnologiyalar Parkı Kuboku" şahmat turnirinə star verilib.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan turnirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından hər biri 2 nəfərdən ibarət 16 komanda qatılıb.

Açılış mərasimində Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək Azərbaycanda idmana daima diqqət və qayğı göstərildiyini bildirib. V.Babayev Azərbaycan şahmatçılarının beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etdiklərini və son olaraq milli komandamızın Avropa Çempionu olduğunu diqqətə çatdırıb.

O, AMEA tərəfindən ilk dəfə şahmat yarışının keçirildiyini bildirib və iştirakçıları Yeni İl və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Sonra şahmat üzrə beynəlxalq hakim, Kataliz Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işcisi Namiq İsmayılov çıxış edərək ölkəmizdə şahmatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, YT Parkın təşkilatçılığı ilə keçirilən turnirin davamlı olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, dekabrın 28-də turnirin final mərhələsi keçiriləcək və qaliblər fəxri fərmanla təltif olunacaqlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.