AMEA Botanika İnstitutunun doktorantı Almaniyada bitkilərin molekulyar filogenetikası üzrə ixtisas kursunda iştirak edib
Fev 07 , 2018 | 01:49 /
Oxunma ( 2099 )

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun doktorantı Aytən Fətdayeva 07 - 27 yanvar 2018-ci il tarixində Berlin Frei Universitetində (Almaniya) Bitkilərin Molekulyar Filogenetikası üzrə təşkil olunan ixtisas kursunda iştirak etmişdir.

İxtisas kursunda bitkilərin filogenetikasının molekulyar əsasları mövzusunda həm nəzəri həm də praktik məşğələlər təşkil olunmuşdur. Nəzəri məşğələlərdə Universitetin profssoru,  Berlin Botanika Bağı və Botanika Muzeyinin (BGBM, Almaniya) direktoru Prof.Dr. Thomas Borschun da mühazirələri dinlənilmişdir. Kursda əsas məqsəd laborator şəraitdə bitkilərdən DNT-in ektraksiyası, onun PZR amplifikasiyası, elektroforezi və xüsusi metodikalara uyğun proqram təminatları vasitəsilə DNT ardıcıllığın oxunması və məlumatların emalı bacarağına yiyələnmək,  xloroplast DNT-si (cpDNA) məlumatları əsasında statistik etibarlı ən uyğun filogenetik ağacın qurulması üsullarını öyrənməkdən ibarət olmuşdur.

Qeyd edək ki, AMEA Botanika İnstitutu və BGBM arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” proqramının II mərhələsi  üzrə Azərbaycan florasında yayılan Scutellaria L. və Pyrus L. (yabanı armud) bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyən etmək istiqamətində müasir tədqiqat işləri davam etdirilir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.