Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası 1918 ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirdi
Mart 29 , 2018 | 03:59 / Mühüm hadisələr
Oxunma ( 2498 )
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası  1918 ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirdi. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tariximizə həkk olunmuş "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" miqyası və coğrafiyasına görə bu faciələrin içində ən amansızıdır və Qubada olan məzarlıq soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürüdür və gördüklərimiz bir əsrlik sirri özündə gizlədən tarixi həqiqətimizdir. Quba, eləcə də digər qəzalarda qeydə alınan hadisələr ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir. Həmçinin bu onu göstərir ki, ermənilərin iddiası təkcə Qarabağ torpaqlarımızın işğalı ilə bağlı deyil. Bu mənfur bir niyyətin silsilə davamıdır”. Famin Salmanov nitqinin davamında Ümummilli lider Heydər Əliyevin 26 mart 1998 ci ildə imzaladığı fərman ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü  və 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncamın bu tarixi hadisənin geniş ictimailəşdirilməsində bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Bu tarixi Sərəncam, eyni zamanda qanlı cinayətlərin dünya ictimaiyyətinə çatdırması, gələcək nəsillərin milli yaddaşının formalaşdırılması və  qorunması kimi vacib məqsədləri özündə birləşdirir.  "Düşünürəm ki, gənclər olaraq bizlər də bu məqsədə çatmaqda öz bacarıq və enerjimizi birgə səfərbər etməliyik. Bunun üçün təbliğatın yeni mexanizmləri haqqında düşünməliyik. Bu bizim indiki Azərbaycan uğrunda o vaxtlar şəhid olmuş qəhrəmanlarımız qarşısında mənəvi borcumuzdur".
 Tədbirin davamında Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Araz Qadımalıyev, AMEA Elm tarixi İnstititunun elmi katibi Zaur Əliyev, AMEA Tarix İnstitutunun elmi iscisi Nərmin Xanməmmədova, Elm tarixi İnstititunun doktorantı  Cavid   Qasımov soyqırımla bağlı müxtəlif mövzulara dair çıxışlar ediblər.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.