Gənc alim və mütəxəssislərin V institutlararası futbol çempionatına start verilir
Apr 05 , 2018 | 09:36 / İdman yarışları
Oxunma ( 2615 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqının dəstəyilə AMEA-nın gənc alim və mütəxəssislərinin V institutlararası futbol çempionatı başlayır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar 13 aprel 2018-ci il tarixinədək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirakla bağlı tələblər aşağıdakılardır:

Müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənən iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 11 nəfər olmalıdır;

Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil), eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdilənmiş) sənədlərə əlavə olunur;

Komandaların heyətini AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan (01.01.2018 tarixindən bəri işə götürülənlər istisna olmaqla) əməkdaşlar iştirak edə bilər;

Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.

Yuxarıda qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

 

Ünvan: AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Mərkəzi Elmi Kitabxana (4-cü mərtəbə)

Əlaqə: 070 208 30 33

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.