Fotos
AMEA Mərkəzi Nəbatat Baği yeni memorandum imzalayıb
Apr 26 , 2018 | 06:00 / Görüşlər
Oxunma ( 2231 )

Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağının nümayəndə heyəti AMEA Mərkəzi Nəbatat Bağında olub. Görüşdə Bağın direktoru, b.ü.f.d. Vahid Fərzəliyev qonaqlara qurumun elmi tədqiqat istiqamətləri, canlı kolleksiyalarının zənginləşdirilməsi istiqamətində aparılan işlər və kadr hazırlığı haqqında məlumat verib, həmçinin, elmi əməkdaşlığın genişləndirməsi imkanları müzakirə edilib. 

Tərəflər qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalayıb. Razılaşma memorandumunu Qazaxıstanın  Manqışlaq Eksperimental Botanika Bağının direktoru b.ü.f.d. Akjunis İmanbayeva və Nəbatat Bağının direktoru, b.ü.f.d. Vahid Fərzəliyev imzalayıb. Razılaşmaya əsasən tərəflər arasında bitki ehtiyatları,  bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.

Qonaqlar eyni zamanda AMEA Botanika İnstitutunda olublar. İnstitutun direktoru, akademik Validə Əli-zadə qonaqlarla İnstitutun elmi tədqiqat işlərindən, infrastrukturunun dəyişilməsindən və həyata keçirdiyi layihələrdən söhbət aparıb. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və müasir laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.

Səfər müddətində qonaqlar AMEA Lənkəran Regional Elmi Mərkəzini də ziyarət ediblər. Mərkəzin direktoru a.e.ü.e.d., professor Fərman Quliyev onları subtropik bitkiçilik sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.