AMEA Aşqarlar Kimyası İnstitutunun professoru beynəlxalq jurnalın Redaksiya Heyətinə daxil edilib
May 16 , 2018 | 04:00 / Elmi nəşrlər
Oxunma ( 2198 )

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun “Zərif üzvi sintez” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Sabir Məmmədov “Science Journal of Chemistry” jurnalının Redaksiya Heyətinə daxil edilmişdir.

S.Məmmədov üzvi kimya sahəsində görkəmli alim olmaqla, fizioloji fəal maddələrin sintezi ilə bağlı yüksək nailiyyətlər əldə etmişdir. Apardığı elmi araşdırmaların mühüm elmi və təcrübi nəticələri "Tomson Reuters" Agentliyinin Elmi İnformasiya İnstitutunun Web of Knowledge axtarış sistemində referatlaşdırılmış yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir.

Yuxarıda adı çəkilən jurnal professor S.Məmmədovun ora mütəmadi olaraq tədqim etdiyi  məqalələrdə əks olunnan elmi tədqiqatların, yüksək elmi səviyyəsini nəzərə alaraq onu Jurnalın Redaksiya Heyətina daxil edilməsi təklifi ilə rəsmi müraciət edib və təklif qəbul olunub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.