Fotos
Xırdalan şəhərinin bir qrup məktəblisi fizika aylığını AMEA Fizika İnstitutunda qeyd ediblər
May 24 , 2018 | 12:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2254 )

Xırdalan şəhəri 6 saylı tam orta  məktəbin X və XI sinif şagirdləri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar.  Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə  məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.  Fizika İnstitutunun alimləri  bu elmi müəssisənin  fəaliyyəti,  İnnovasiya sektorunda  quraşdırılan müasir avadanlıqlar,  laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən  şagirdlərə məlumat veriblər. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.