May 31 , 2018 | 04:01 / Elmi müsabiqələr
AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) əməkdaşlığı üzrə Müştərək Proqram çərçivəsində yeni layihə müsabiqəsi elan edilir. AMEA-nın elmi müəssisələrinin əməkdaşları Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və institutlarından olan həmkarları ilə birlikdə ingilis dilində hazırlanmış layihələrini müvafiq olaraq AMEA-ya və TÜBİTAK-a təqdim etməlidirlər.
Layihə təklifləri 31 avqust 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir.
Müsabiqə haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.
Tel.: (+994 12) 492 54 93; (+994 55) 490 10 39 (Elçin Seyfullayev)
E-mail: e.seyfullayev@mail.ru