AMEA-nın professorlarının qarşısında yeni vəzifələr qoyuldu
İyn 29 , 2018 | 07:00 /
Oxunma ( 2004 )

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. Müzakirəyə çıxarılan məsələlərdən biri AMEA-nın professorlarının Koordinasiya şurasının yaradılması ilə bağlı olub.

“Şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin onların akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır” – AMEA prezidenti, akademik Akif Əlizadə bildirib.

Akademik qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.

Rəyasət Heyətinin qərarıyla şura yaradılıb, əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.