Genetik alimlərimiz İranlı həmkarları ilə birgə tədqiqatlar aparacaqlar
İyl 06 , 2018 | 02:45 / Mühüm hadisələr
Oxunma ( 1889 )
 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və müəssisənin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İran İslam Respublikasında elmi ezamiyyətdə olublar.

Səfər zamanı Təbriz Universiteti (TU) və Şimal-Qərbi Aqrar Biotexnologiya İnstitutunda (ŞQABİ) görüşlər keçirilib, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

TU-nun Kənd təsərrüfatı fakültəsinin professorları ilə baş tutan görüşdə birgə kadr hazırlığı və elmi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, iki qurum arasında elm və təhsil məsələlərini əhatə edən anlaşma memorandumunun layihəsi hazırlanıb.

Təbriz Universitetinin tədqiqat və texnologiyalar üzrə vitse-prezidenti, professor Aşqar Aşqari biologiya, aqrar, fizika, kimya, yüksək texnologiyalar və digər sahələrdə AMEA ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Bundan əlavə, ŞQABİ-nin direktoru, professor Məhəmməd Amin Hejazi ilə keçirilən görüşdə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilib, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.