Fotos
Almaniyalı tələbələrin iştirakı ilə Azərbaycanda ilk ekosistem tədqiqatları aparılıb
İyl 31 , 2018 | 03:00 /
Oxunma ( 1872 )

Almaniyanın Frankfurt Universitetinin Ekologiya, təkamül və müxtəliflik departamentinin 11 nəfərdən ibarət professor-tələbə heyəti Azərbaycanda ezamiyyətdə olub. Səfər Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə Frankfurt Universiteti arasında imzalanmış memorandum çərçivəsində reallaşıb.

Səfərin məqsədi “Biomüxtəliflik və iqlim dəyişiklikləri” adlı beynəlxalq laboratoriyanın fəaliyyət planına əsasən Botanika İnstitutunun gənc mütəxəssisləri ilə birgə Qobustan, Ağsu, Ağdaş, Gəncə, Tovuz, Qəbələ, Ağstafa, Quba və Qusar rayonlarının müxtəlif ekosostemlərində monitorinqlərin aparılması və müasir metodların tətbiqi ilə iqlim amillərinin təbii komplekslərə təsirini tədqiq etmək olub.

Ekspedisiya müddətində hər iki ölkənin tələbələri bu rayonlarda müxtəlif bitkilik tiplərində (dağətəyi və aşağı dağ qurşağı quru bozqırlarda, düzən və dağətəyi yarımsəhralarda, yüksək dağlıq və subalp çəmənliklərdə) tədqiqatlar aparıb, həmin ərazilərdə yayılan bitkilərin duzluluğa, quraqlığa və günəş radiasiyasına qarşı reaksiyasını öyrəniblər.

Aparılan monitorinqlərin nəticələri Botanika İnstitutunda təşkil olunmuş “Azərbaycanda biomüxtəlifliyin qorunmasının inkişaf metodları” mövzusunda beynəlxalq simpoziumda təqdim edilib. Məruzələr ətrafında yerli və xarici mütəxəssislər qarşılıqlı elmi müzakirələr aparıb və mübahisəli məsələlərə aydınlıq gətiriblər.

Sonda simpoziumda iştirak edən xarici və yerli tələbələrə sertifikatlar verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.